"Çox səhvlərim olub, peşmanam" - Şəbnəm

"Çox səhvlərim olub, peşmanam" - Şəbnəm
MAQAZİN
12:40 02.12.2025
122
"Mənim səhvlərim çox olub. Bu günə qədər çox lazımsız, gərəksiz, uğursuz müsahibələr vermişəm".
 
AZXEBER.COM xəbər verir ki, bunu müğənni Şəbnəm Qəhrəmanova deyib.
 
"Rəngarəng" verilişində qonaq olan müğənni keçmişdə verdiyi bəzi müsahibələrə görə peşman olduğunu bildirib:
 
"Bəzi verdiyim müsahibələrə görə çox peşmanam. Bir zamanlar mikrafon uzananda deyirdim "Vəfa Şərifova ilə heç vaxt barışmayacağam. Onun adını çəkməyin". Amma indi o müsahibəyə Vəfa ilə birlikdə baxıb gülürdük. Özüm-özümə təəccüblənirəm ki, mən nələr etmişəm...O zaman elə bilirdim ki, düz olan odur, bunun yolu budur. İndi isə anlayıram ki, başqa yollar da var, hansı ki, o yol daha düzdür. O müsahibələri verdiyim zaman yanımda olan insanlar isə indi yanımda yoxdular".
 
Aysel
OXŞAR XƏBƏRLƏR