Sekslə məşğul olmaq həyatı uzadır. Alimlər iddia edirlər ki, bu məşğuliyyət münasibətləri yaxınlaşdırmağın və həyatı uzatmağın bir yoludur. Gecce.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cinsi münasibətlər orqanizmin müxtəlif hormonlar və endorfin ifraz etməsini təmin etməklə yanaşı insanın mənfi davranışlarını da tənzimləyir. Bundan başqa, sevişmək həm də bir başqa məşq imkandır.Yeri gəlmişkən, Çikaqo universiteti tərəfindən həyata keçirilən bir araşdırma evli insanların subaylara nisbətən daha uzun yaşadığını ortaya çıxarıb. Evli kişilər subaylara nisbətən 10 il, evli qadınlar isə subay həmcinslərə nisbətən 4 il daha çox yaşayırlar. Nə üçün? Evli kişilər arvadlarının sağlam həyat tərzlərinə ayaq uydurular və daha az risk edirlər. Qadınların isə ərlərinin arxa, dayaq kimi hisslər aşıladığından həyatlarının uzanması qənaətinə gəlinib. /// gecce.az