Ozan Akbabanın ailəsi Midyata köçür

Ozan Akbabanın ailəsi Midyata köçür
MAQAZİN
18:31 07.05.2025
450
Mardinin Midyat rayonunda "Uzak Şehir” serialının çəkiliş meydançasında olan Ozan Akbaba ailəsindən ayrı keçirdiyi dövrün onun üçün çox çətin keçdiyini bildirib.

AZXEBER.COM xəbər verir ki, ailəsindən uzaq qalmaq istəməyən aktyor həyat yoldaşı ilə ortaq qərara gəldiyini və ailəsinin də Midyata köçəcəyini deyib.

"Oğlum Ozan Əli bu il ikinci sinfə başlayacaq. Onu Mardində dövlət məktəbinə yazdıracağıq. Mən də dövlət məktəbində oxumuşam, oğlumun Mardinli uşaqları ilə böyüməsini istəyirik” deyən Akbaba həm işinə, həm də ailəsinə daha yaxın olmağın xoşbəxtliyini dilə gətirib.
 
Aysel
OXŞAR XƏBƏRLƏR