Kanal D-nin reytinqli teleserialı "Uzak şehir"in azərbaycanlı baş rol ifaçısı Ozan Akbaba səmimi açıqlamalar verib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ozan Akbaba "Uzak Şehir"in qısa zamanda əldə etdiyi uğurdan və gərgin iş rejimindən danışıb.
Akbaba seriala göstərilən diqqətdən çox xoşbəxt olduğunu ifadə edərək, "Əməklərimizin qarşılığını almaqdan xoşum gəlir" deyərək sevincini bölüşüb:
"Layihə çox yaxşı yazılmışdı və mən əvvəldən onun ilin layihəsi olacağını gözləyirdim. Həm prodüser, həm də idarəetmə tərəfi əvvəllər uğur qazanmış özünə güvənən adlardan ibarətdir. Bu, mənə layihədə rahatlıqla iştirak etməyə imkan verdi. Üçüncü arzum "Qafqaz hekayəsi” çəkməkdir. Bu layihə ilə bağlı danışıqlar davam edir".
Aysel