PA-nın şöbə müdiri Ədalət Vəliyev və Rufiz Qonaqov arasında görüş keçirilib

PA-nın şöbə müdiri Ədalət Vəliyev və Rufiz Qonaqov arasında görüş keçirilib
SİYASƏT
18:04 11.09.2020
797
Sentyabrın 11-də Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev ilə politoloq, Siyasi elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının üzvü Rufiz Qonaqov arasında görüş keçirilib.

AZXEBER.COM-un xəbərinə görə, görüşdə ölkədə aparılan islahatlar, yeni siyasi konfiqurasiyanın formalaşması, iqtidar-müxalifət siyasi dialoqunun uğurla həyata keçirilməsi və digər ictimai-siyasi proseslər ətrafında fikir mübadiləsi aparılıb.
Son 5 ay ərzində 10 siyasi partiyanın qurultaylarının keçirilməsi və təsis sənədlərində edilmiş dəyişikliklərin dövlət qeydiyyatına alınması, həmçinin 6 yeni siyasi partiyanın dövlət qeydiyyatına alınması və bu xüsusda Milli Məclisdə təmsil olunan siyasi partiyaların sayının 9-dan 11-ə yüksəlməsi, eyni zamanda, müstəqillik dövründə ilk dəfə Azərbaycan Respublikasının Milli Məclisi sədrinin vəzifəsində qadının, sədr müavini vəzifələrinin birinə isə müxalif partiyanın nümayəndəsinin seçilməsi, bundan əlavə bütün müxalif siyasi partiyaların Milli Məclis komitələrinin rəhbərliyində təmsil olunması faktları ölkənin siyasi həyatında xüsusi önəm kəsb etdiyi qeyd olunub.

Görüş zamanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkənin müxalifət partiyalarının liderlərini və ictimai-siyasi xadimləri Novruz bayramı, 28 may Müstəqillik günü və Qurban bayramı münasibəti ilə təbrik etməsi iqtidar-müxalifət münasibətlərində yeni mərhələnin başlanmasının əyani sübutu olduğu vurğulanıb.

Eyni zamanda REAL partiyasının sədri İlqar Məmmədova və Rəsul Cəfərova bəraət verilməsi və maddi təzminatın ödənilməsi müsbət hal olaraq qeyd edilib.

Bununla yanaşı, son vaxtlar ölkədə rüşvətxorluğa və digər korrupsiya hallarına qarşı mübarizə istiqamətində görülən işlər və bu çərçivədə dövlət orqanlarında yüksək vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi faktları yüksək qiymətləndirilib.
Həmçinin "Siyasi partiyalar haqqında” Qanuna dəyişiklərin edilməsi zərurəti, qanunlara riayət edilməsinə nəzarət mexanizmlərinin gücləndirilməsi və siyasi partiyaların maliyyə hesabatlılığı məsələləri barədə müzakirə aparılıb.

Bundan əlavə, Azərbaycanda COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə bilavasitə ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən qabaqlayıcı tədbirlər, pandemiya dövründə Azərbaycan iqtisadiyyatının dayanıqlılığı nəticəsində sosial layihələrin təxirə salınmadan həyata keçirilməsi, vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər, infeksiyaya yoluxmuş siyasi partiya rəhbərləri və sıravi üzvlərinin xəstəxanalara yerləşdirilməsində köməklik göstərilməsi və onların vəziyyətinin nəzarətdə saxlanılması bir daha ölkə rəhbərinin hər bir vətəndaşa olan qayğısının və Prezident İlham Əliyevin hər bir vətəndaşın prezidenti olduğunun göstəricisi kimi dəyərləndirilib.

Vətəndaş cəmiyyətinin önəmli hissəsi olan, QHT və siyasi partiyaların ölkədə həyata keçirilən islahatlara dəstək verilməsində, xüsusilə dövlət qurumlarının fəaliyyətinə ictimai nəzarətdə fəal iştirak etmələrinin vacibliyi vurğulanıb.

Bununla yanaşı siyasi partiyaların aktivləşməsi, "Azərbaycan” qəzetində "Milli maraqlar naminə əməkdaşlıq” rubrikasının açılması, siyasi partiya nümayəndələrinin müxtəlif KİV-də fəal çıxışları müsbət hal kimi qiymətləndirilmiş və yeni siyasi konfiqurasiyanın təzahürü olduğu qeyd edilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib
20:57 12.10.2026
Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib
Türkiyədə mikroavtobus aşıb, 28 nəfər xəsarət alıb
20:55 12.10.2026
Türkiyədə mikroavtobus aşıb, 28 nəfər xəsarət alıb
Azərbaycanla Kanada arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub
20:49 12.10.2026
Azərbaycanla Kanada arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub
İqnasio Kassis Ermənistan və Gürcüstana səfər edəcək
20:44 12.10.2026
İqnasio Kassis Ermənistan və Gürcüstana səfər edəcək
Kəmaləddin Heydərov İranın daxili işlər naziri ilə görüşüb
20:38 12.10.2026
Kəmaləddin Heydərov İranın daxili işlər naziri ilə görüşüb
Səfir: Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gəlib
20:33 12.10.2026
Səfir: Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gəlib
ABŞ, Böyük Britaniya və daha 27 ölkə İrana qarşı bəyanatlarla çıxış edib
20:29 12.10.2026
ABŞ, Böyük Britaniya və daha 27 ölkə İrana qarşı bəyanatlarla çıxış edib
AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib
20:23 12.10.2026
AAYDA sədri Peşəkar Boks Federasiyasının prezidenti seçilib
Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib
20:19 12.10.2026
Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib
"Sabah"ın oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
20:15 12.10.2026
"Sabah"ın oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması
20:06 12.10.2026
Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması
Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub
20:00 12.10.2026
Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub
"Osasuna"nın baş məşqçisi Luis Migel Ramis postunu tərk edib
19:35 12.10.2026
"Osasuna"nın baş məşqçisi Luis Migel Ramis postunu tərk edib
Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb
19:22 12.10.2026
Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb
Rusiya vətəndaşları üçün Avropa İttifaqı ölkələrinə viza verilməsi sərtləşdirilir
18:59 12.10.2026
Rusiya vətəndaşları üçün Avropa İttifaqı ölkələrinə viza verilməsi sərtləşdirilir
Paşinyan: Rusiya ilə münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz
18:47 12.10.2026
Paşinyan: Rusiya ilə münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz