PA-nın şöbə müdiri: "Kamran Əliyevin fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilir"

PA-nın şöbə müdiri: "Kamran Əliyevin fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilir"
Siyasət
11:21 01.05.2020
1243
"Prezident İlham Əliyevin təqdimatı ilə Milli Məclisə Kamran Əliyevin Baş prokuror vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında məsələ daxil olub”.

Bunu Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, K.Əliyevin fəaliyyəti dövlət tərəfindən yüksək qiymətlənidirilir:

"Ümid edirəm ki, Milli Məclis Prezidentin təqdimatını dəstəkləyəcək. Hesab edirəm ki, Kamran Əliyevin Baş prokuror vəzifəsinə təyin edilməsinə razılıq veriləcək”.
 
///Report
OXŞAR XƏBƏRLƏR