PA rəsmisi: “Azərbaycan beynəlxalq aləmdə sözünü deməyə layiqdir”

PA rəsmisi: “Azərbaycan beynəlxalq aləmdə sözünü deməyə layiqdir”
SİYASƏT
13:03 12.03.2016
1403

“IV Qlobal Bakı Forumunun Bakıda keçirilməsi çox böyük bir hadisədir”.

AZXEBER.COM-un məlumatına görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

Onun sözlərinə görə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi doğurdan da böyük iş görür: “Mərkəz dünyanın həm indi fəaliyyətdə olan, həm də böyük fəaliyyəti olmuş 300-dən artıq liderlərini Bakıya toplayaraq dünyada gedən bugünkü proseslərə, mühüm və hamını narahat edən hadisələrə münasibət bildirərək onların həllini yolunu tapmaq uğrunda səylərimizi birləşdirməyə çalışır. Bu çox mühüm və vacib bir hadisədir. Düşünürəm ki, Azərbaycanın belə bir böyük Qlobal Forumu təşkil etməsi və dünyaya təqdim etməsi böyük hadisədir. Bu Azərbaycanın dünyada sabitliyin, təhlükəsizliyin təmininə, davamlı inkişafın təmin olunmasına özünün böyük töhfəsidir. Düşünürəm ki, Azərbaycan bunu etməyə layiqdir".

N.Məmmədov əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyev IV Qlobal Bakı Forumunun açılışında da dedi ki, ölkəmiz 25 il ərzində böyük uğurlar qazanıb: “Bizim yalnız bir problemimiz var. Təbii ki, o da Dağlıq Qarabağ məsələsidir. Təbii ki, bununla da bağlı dünyanın və beynəlxalq təşkilatların, qurumların mövqeyi haqqında mənim Forumda çıxışım oldu. Bu gün Azərbaycan kiçik dövlət olsa da beynəlxalq aləmdə, dövlətlərarası münasibətlərdə gedən proseslərə öz təsirini göstərməyə, sözünü deməyə layiqdir və bunu da çox böyük ustalıqla, bacarıqla edir. Dünyanın da buna ehtiyacı var”.

OXŞAR XƏBƏRLƏR