Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə günün ikinci yarısında təqsirləndirilən Emin Məmmədov sualları cavablandırıb. Bildirib ki, Beytulla Hüseynovla birlikdə 2 milyon 300 min manatı mənimsəməsi düzgün deyil: "Mən şirkətin gəliri olan pulların ağzın bağlayıb Beytulla Hüseynova vermişəm. Ayda 2 min manat almışam. Onunla bir müddət birlikdə işlədik, sonra ayrıldıq. "Paket” sözünü burada eşitmişəm. Bizim səhvimiz odur ki, nazirlikdə tikintiyə nəzarət edən adam olmayıb. Heç olmasa, nazir müavini səviyyəsində kimsə olmalı idi. Pul almışam, danmıram, lakin işləmişəm. Vergimi son qəpiyinə qədər ödəmişəm. Ancaq istintaq məbləği 80 faiz artırıb".