Pakistan Azərbaycanı niyə bu qədər çox sevir? - FAKTLAR + VİDEO

SİYASƏT
14:17 13.10.2021
1228
AZXEBER.COM-un "Status" layihəsində bu dəfə Pakistandan danışacağıq.

 
Pakistan 1991-ci ildə Türkiyə və Rumıniyadan sonra müstəqilliyimizi tanıyan üçüncü ölkə olub.

Pakistan Qarabağ probleminə görə Ermənistanla diplomatik əlaqələrdən imtina edib. Pakistan dünyada yeganə ölkədir ki, Ermənistanı dövlət kimi tanımır.

Pakistanın Azərbaycanı bu qədər sevməsi ilə bağlı maraqlı rəvayətlər var. Onlardan biri görkəmli azərbaycanlı Hacı Zeynalabdin Tağıyevlə bağlıdır.

Belə ki, XX əsrin əvvəllərində Pakistan ərazisi Britaniya müstəmləkəsi olanda yerli əhali arasında kütləvi pandemiya yayılmışdı, İnsanlar bu ağır xəstəlikdən kütləvi şəkildə dünyasını dəyişirdi.

Həmin vaxt azərbaycanlı milyonçu Hacı Zeynalabdin Tağıyev şəxsi vəsaiti ilə 300 min ampula peyvənd alaraq indiki Pakistan ərazisinə göndərib.

Bununla da pandemiyanın qarşısı alınıb. Qədirbilən Pakistan xalqı 1947-ci ildə müstəqillik əldə etdikdən sonra bu faktı tarix dərsliyinə də daxil edib.

Bu yerdə onu da qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondu 2012-ci ildən sonra Pakistanda humanitar layihələrini genişləndirib.

Tam təchizatlı ambulans, qan ehtiyatı, Xeybər Göz Fondu üçün yeni blok və gözləmə otaqlarının, Dərə İsmayıl Xan rayonunda bulağın tikilməsi, Kulsum Beynəlxalq Xəstəxanasında müasir ürək əməliyyatları kabinetinin açılması, Hepatit B virusu ilə mübarizəyə gərəkli avadanlıq və başqaları belə layihələrdəndir.

Heydər Əliyev Fondunun xəttilə Pakistanda zəlzələdən zərərçəkmiş məktəblər təmir edilib və bir sıra humanitar aksiyalar həyata keçirilib.

44 günlük Vətən Müharibəsində də hər bir azərbaycanlı Pakistanın dəstəyini gördü, hətta eyvanlarda Azərbaycan və Türkiyə bayrağı ilə yanaşı Pakistan bayrağı da dalğalandı.

Bunların hamısı əminliklə deməyə əsas verir ki, Azərbaycan-Pakistan strateji tərəfdaşlığı, dostluğu və qardaşlığı uğurla inkişaf edir və daha da möhkəmlənəcək.
 

OXŞAR XƏBƏRLƏR