Bakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşdülər - FOTOLAR

Bakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşdülər - FOTOLAR
SİYASƏT
15:58 15.10.2026
1762
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 15-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü olub.

Söhbət zamanı Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin uğurlu inkişafından məmnunluq bildirildi.

Azərbaycan Prezidentinin Qazaxıstana, həmçinin Qazaxıstanın dövlət başçısının isə ölkəmizə səfərlərinin əməkdaşlığımızın genişlənməsinə mühüm töhfə verdiyi qeyd edildi.

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçirilən 7-ci Zirvə Görüşünün yüksək səviyyədə təşkil edildiyi vurğulandı, bu tədbirin Asiya regionu ölkələri arasında əməkdaşlıq məsələlərinin müzakirəsinə yaxşı imkan yaratdığı bildirildi.

Azərbaycanın və Qazaxıstanın dövlət başçıları ikitərəfli gündəlikdə duran məsələlərlə bağlı fikir mübadiləsi apardılar.

X X X

Sonra prezidentlər İlham Əliyev və Kasım-Jomart Tokayev Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin onlayn formatda rəsmi açılışını etdilər.

Dövlət başçılarına layihə barədə məlumat verildi.

Bildirildi ki, "Rəqəmsal İpək Yolu” təşəbbüsü çərçivəsində Azərbaycan və Qazaxıstan tərəfindən reallaşdırılan bu layihə Asiya ilə Avropa arasında rəqəmsal qarşılıqlı fəaliyyət üçün yeni imkanlar yaradır. Sumqayıtla Aktau arasında Xəzər dənizinin dibi ilə təxminən 380 kilometrlik kabel xətti çəkilib. Bu xətt saniyədə 400 terabitdən çox ötürücülük qabiliyyətinə malikdir. Xəttin istismara buraxılması ilə Orta Dəhlizin təkcə nəqliyyat deyil, həm də rəqəmsal baxımdan strateji əhəmiyyəti artacaq. Yeni marşrut Çin və Mərkəzi Asiyadan məlumatların Azərbaycan, Qazaxıstan və Gürcüstan, daha sonra Qara dəniz və ya Türkiyə vasitəsilə Avropaya ötürülməsinə imkan verəcək. Bu, beynəlxalq məlumat mübadiləsi imkanlarını genişləndirəcək və rəqəmsal kommunikasiyaların dayanıqlılığını artıracaq. Eyni zamanda, ölkələrimiz yalnız istehlakçı deyil, həm də strateji rəqəmsal infrastruktur və xidmətlərin tədarükçülərinə çevrilir.

Yeni xətt investisiyaların cəlb edilməsi, süni intellekt üçün məlumatların emalı mərkəzlərinin, bulud xidmətlərinin və hesablama gücünün inkişafına əlavə şərait yaradır. Bu, böyük əlavə dəyərə malik yeni yüksəktexnologiyalı sahələrin və xidmətlərin inkişafı üçün perspektivlər açır.

x x x

Azərbaycan və Qazaxıstan prezidentləri layihənin rəsmi açılışını bildirən düyməni basdılar.

X X X

Sonra Prezident Kasım-Jomart Tokayev dedi:

- Bu, sözsüz ki, beynəlxalq əks-səda doğuracaq çox vacib layihədir. Amma ən əsası odur ki, bu, yeni dəhliz növüdür. Bu, həqiqətən də sadəcə nəqliyyat dəhlizi deyil, müasir dövrə, rəqəmsallaşma dövrünə uyğun yenilikdir və tamamilə yeni əməkdaşlıq növüdür.

Prezident İlham Əliyev dedi:

- Bəli. O cümlədən Mərkəzi Asiya ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsində daha bir addımdır. Hamıya yaxşı məlumdur ki, ötən ilin noyabrında Azərbaycan Məşvərət görüşlərinin tamhüquqlu üzvü qəbul edildi və artıq bu il mən yaxın vaxtlarda birliyin tamhüquqlu üzvü kimi iştirak etdim. Bu, əməkdaşlığın gücləndirilməsi işinə növbəti töhfədir. Çünki bu kabeldən Mərkəzi Asiya, Cənubi Qafqaz və daha geniş coğrafiyanın ölkələri istifadə edəcək. Beləliklə, bu gün biz qlobal layihəyə start verdik.

Prezident Kasım-Jomart Tokayev dedi: Bəli, bu, rəqəmsal formatda Orta Dəhlizdir.

X X X

Daha sonra dövlət başçılarının iştirakı ilə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (Orta Dəhliz) inkişafı üzrə əməkdaşlıq haqqında imzalanmış Sazişi mübadilə etdilər.

Həmçinin AZCON şirkətinin Müşahidə Şurasının sədri qismində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və "Samruk-Kazına” Səhmdar Cəmiyyətinin (SC) İdarə Heyətinin sədri Nurlan Jakupov AZCON holdinq ilə "Samruk-Kazına” SC arasında iki quru yük gəmisinin əldə olunmasının təsdiqi haqqında sertifikatı mübadilə etdilər.

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Putin Kremldə Trampın xüsusi elçiləri Uitkoff və Kuşneri qəbul edib
17:45 12.11.2026
Putin Kremldə Trampın xüsusi elçiləri Uitkoff və Kuşneri qəbul edib
Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusu bağlandı
17:39 12.11.2026
Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusu bağlandı
İrlandiyanın Baş naziri: Rusiyanın bu müharibəni dayandırmasının vaxtı çoxdan çatıb
17:21 12.11.2026
İrlandiyanın Baş naziri: Rusiyanın bu müharibəni dayandırmasının vaxtı çoxdan çatıb
İlham Əliyev Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında - FOTO
17:19 12.11.2026
İlham Əliyev Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında - FOTO
Bişkekdə Zəfər Günü qeyd olundu - FOTOLAR
17:16 12.11.2026
Bişkekdə Zəfər Günü qeyd olundu - FOTOLAR
Putin: Ukraynadakı xarici qoşunlar Rusiya üçün qanuni hədəf olacaq
17:11 12.11.2026
Putin: Ukraynadakı xarici qoşunlar Rusiya üçün qanuni hədəf olacaq
Bakıda məşhur restoranda təhlükəli bakteriyalar aşkarlandı - FOTOLAR
17:01 12.11.2026
Bakıda məşhur restoranda təhlükəli bakteriyalar aşkarlandı - FOTOLAR
Dünyanın ən qəribə 5 sərhədi: Bir evdə iki ölkə, bir adada iki dövlət
16:53 12.11.2026
Dünyanın ən qəribə 5 sərhədi: Bir evdə iki ölkə, bir adada iki dövlət
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
16:34 12.11.2026
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Lənkəranda kütləvi zəhərlənmə - 3-ü azyaşlıdır
16:33 12.11.2026
Lənkəranda kütləvi zəhərlənmə - 3-ü azyaşlıdır
“Kabinetdə oturanlar kəndlinin dərdini bilmir” – Naxçıvanda heyvandarlıqla bağlı narazılıq - VİDEO
16:32 12.11.2026
“Kabinetdə oturanlar kəndlinin dərdini bilmir” – Naxçıvanda heyvandarlıqla bağlı narazılıq - VİDEO
İlham Əliyev Maya Sandu ilə görüşdü - FOTO
16:23 12.11.2026
İlham Əliyev Maya Sandu ilə görüşdü - FOTO
Marsol Group partnyorları kişi geyimləri mağazasının açılışında- FOTOLAR
16:16 12.11.2026
Marsol Group partnyorları kişi geyimləri mağazasının açılışında- FOTOLAR
Monteneqro Prezidenti Azərbaycana səfər edəcək
15:59 12.11.2026
Monteneqro Prezidenti Azərbaycana səfər edəcək
Azercell 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib
15:56 12.11.2026
Azercell 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib
12 Noyabr – Konstitusiya Günü: Azərbaycan dövlətçiliyinin hüquqi təməlləri və suveren inkişafının təminatı
15:48 12.11.2026
12 Noyabr – Konstitusiya Günü: Azərbaycan dövlətçiliyinin hüquqi təməlləri və suveren inkişafının təminatı