Pakistanın Bəlucistan əyalətindəki müvəqqəti hökumətin informasiya və ictimaiyyətlə əlaqələr naziri Jan Açakzai 2024-cü ilin yanvar ayına qədər 1 milyon qeyri-qanuni immiqrantın ölkədən deportasiya edilməsinin planlaşdırıldığını bildirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Pakistanın Bəlucistan əyalətinin Kvetta şəhərində keçirdiyi mətbuat konfransında danışan nazir Jan Açakzai bütün dövlət qurumlarının ölkəni tərk etməyən qeyri-qanuni mühacirləri tutmaq üçün çalışdığını bildirib.
Açakzai 2024-cü ilin yanvar ayına qədər 1 milyon qeyri-qanuni immiqrantın ölkədən deportasiya edilməsinin planlaşdırıldığını bildirib.
Əksəriyyəti Əfqanıstan vətəndaşı olan qeyri-qanuni mühacirlər Torxam və Çaman sərhəd qapıları vasitəsilə ölkələrinə göndərilir.
Mətbuata əks olunan görüntülərdə hər iki sərhəd qapısında sıxlığın olduğu görünür.
Ayşən