Pakistan-Əfqanıstan sərhədində yeni silahlı toqquşmalar baş verib

Pakistan-Əfqanıstan sərhədində yeni silahlı toqquşmalar baş verib
DÜNYA
09:40 15.10.2025
116
Pakistan ordusu ölkənin şimal-qərbi Hayber-Pahtunhva əyalətinin Kurram dairəsində Pakistan blokpostlarına edilən hücumlara cavab olaraq Əfqanıstan ərazisindəki terror qruplaşmalarının mövqelərinə zərbələr endirib.

Bu barədə PTV telekanalı Pakistan Silahlı Qüvvələrinə istinadla məlumat verib.

Bildirilir ki, oktyabrın 14-də axşam saatlarında "Taliban" hərəkatının qüvvələri və "Fitna əl-Xavaric" qruplaşmasının döyüşçüləri (əvvəllər "Təhrik-i-Taliban Pakistan" və ya "Pakistan taliblərinin hərəkatı" kimi tanınırdı -red.) Pakistan sərhəd postlarına atəş açıblar. Pakistan ordusunun cavab əməliyyatı nəticəsində bir blokpost və bir tank atəş mövqeyi məhv edilib. Üstəlik, "Fitna əl-Xavaric" qruplaşmasının yüksəkrütbəli komandirlərindən biri öldürülüb.

Xatırladaq ki, oktyabrın 11-də Əfqanıstanın Gilmənd əyalətində atışmalar baş verib. Daha sonra Əfqanıstan Hərbi Hava Qüvvələri Pakistanın Lahor şəhərinə zərbə endirib. "Taliban"ın rəsmi nümayəndələri əməliyyatın təfərrüatını açıqlamayıblar. Əfqanıstanın "TOLO News" telekanalı toqquşmalar zamanı ən azından 58 Pakistan hərbçisinin öldürüldüyünü iddia edib. İslamabad isə ən azından 200 silahlının, habelə Əfqanıstan ərazisindən atəş açılan 19 terror obyektinin məhv edildiyini, Pakistana hücum edən ekstremistlərə dəstək göstərən Əfqanıstan tank batalyonunun qərargahına zərbə endirildiyini bəyan edib.

/Oxu.az
OXŞAR XƏBƏRLƏR