Pakistan Hindistana hava məkanı qadağasını uzatdı

Pakistan Hindistana hava məkanı qadağasını uzatdı
DÜNYA
11:43 18.06.2026
152
Pakistan Hindistana qarşı tətbiq etdiyi hava məkanı məhdudiyyətlərinin müddətini 24 iyul tarixinədək uzadıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Pakistan Hava Limanları İdarəsi (PAA) məlumat yayıb.

Qərara əsasən, Pakistanın hava məkanı Hindistana məxsus bütün kommersiya və hərbi uçuşlar üçün bağlı qalacaq. Eyni zamanda, Hindistan aviaşirkətləri tərəfindən icarəyə götürülən təyyarələrin də Pakistan hava məkanından istifadə etməsinə icazə verilməyəcək.

Məlumata görə, məhdudiyyətlər 24 iyul tarixinədək qüvvədə olacaq.

Qeyd edək ki, Hindistanın nəzarətində olan Cammu və Kəşmir bölgəsinin Pahalqam ərazisində 22 aprel 2025-ci ildə baş verən və 26 nəfərin ölümü ilə nəticələnən terror aktından sonra iki ölkə arasında münasibətlər gərginləşib. Hadisədən sonra tərəflər qarşılıqlı olaraq ticarəti dayandırıb və hava məkanlarını bir-birinin uçuşları üçün bağlayıblar.
 
Gülay
OXŞAR XƏBƏRLƏR