Pakistan-Çin əsas ticarət marşrutu etirazlar səbəbindən bağlanıb

Pakistan-Çin əsas ticarət marşrutu etirazlar səbəbindən bağlanıb
DÜNYA
19:43 07.01.2025
155
Uzunmüddətli elektrik kəsintilərinə görə qəzəblənən yüzlərlə etirazçı Pakistanın şimalında əsas şosseni bağlayaraq Çinlə ikitərəfli ticarəti pozub.

Bu barədə Pakistan rəsmiləri məlumat veriblər.

Etirazlar Pakistan iqtisadiyyatının bərpası üçün daha çox Çin sərmayəsi cəlb etməyə ümid etdiyi bir vaxtda baş verir.

Bildirilib ki, enerji çatışmazlığından əziyyət çəkən Pakistan sakinləri, xüsusilə yay aylarında uzunmüddətli elektrik kəsintiləri ilə üzləşirlər. Qış aylarında isə kəsintilər gündə 20 saata qədər davam edir ki, bu da əhali üçün əlavə çətinliklər yaradır.
OXŞAR XƏBƏRLƏR