Pakistan-İran münaqişəsi Cənubi Qafqaza necə təsir edəcək? - EKSPERTLƏRİN ŞƏRHİ

SİYASƏT
16:16 19.01.2024
1382
Məlum olduğu kimi, yanvarın 16-da İranın Pakistana raket hücumu nəticəsində iki azyaşlı uşaq və üç nəfər, ümumilikdə isə beş nəfər yaralanıb.
 
Pakistan bu hücumu pisləyib və Tehrandakı səfirini geri çağırıb. Bundan dərhal sonra isə Pakistan ordusu İranın Sistan və Bəlucistan vilayətində terrorçulara aviazərbələr endirib.
 
İran Azərbaycanla sərhəddə yerləşdiyi üçün Pakistan tərəfindən atılan hər hansı bir addım Azərbaycana necə təsir göstərə bilər?
 
Sözügedən məsələdə Azərbaycanın mövqeyi necə olmalıdır?
 
Məsələ ilə bağlı AZXEBER.COM-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev söyləyib ki, Pakistan İranın təxribatına artıq cavab verib:

 

"Pakistan İran tərəfindən törədilən təxribat xarakterli zərbələrə artıq cavab verib. Gələcəkdə də İran tərəfindən bu tip provokasiyalar davam edərsə, Pakistan heç bir halda bu təxribatları cavabsız qoymayacaq. Pakistan və İran arasında müəyyən gərginlik mövcuddur. Biz artıq görürük ki, iki ölkənin də səfirləri diplomatik səviyyədə qarşılıqlı şəkildə məsləhətləşmələr üçün geri çağırılıb".
 
Ekspert hesab edir ki, Azərbaycan iki ölkə arasındakı gərginliklərə münasibət bildirməyəcək:
 
"Hesab etmirəm ki, Azərbaycan Pakistan ilə İran arasındakı gərgin proseslərə münasibət bildirsin. Bu məsələ hələlik İran və Pakistan arasında müzakirə olunası bir predmetdir. Amma nəzərə almaq lazımdır ki, zərbəni məhz Pakistan ərazisinə Pakistanla məsləhətləşmədən İran tərəfi endirib. Ona görə də baş verən bu gərginliyə dair böyük ehtimalla məsuliyyəti tam həcmdə İran tərəfi daşıyır".
 
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan politoloq Turan Rzayev bildirib ki, Pakistanın cavab olaraq İranın bəzi bölgələrini raket və dron atəşlərinə tutması vəziyyəti daha da şiddətləndirib:

 

"İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Pakistanın Bəlucistan bölgəsinə dron və raketlərlə zərbələr endirməsi sonrasında regionda gərginlik pikk həddə çətıb. İran tərəfi əməliyyatın hədəfinin Ceyş-ül-Ədl qruplaşması olduğunu açıqlayıb. Pakistan da öz növbəsində "Marg Bar Sarmachar” ("Partizanlara ölüm”) əməliyyatına başladığını açıqlayıb. Sistan və Bəlucistan əyalətinin Seravan rayonuna aviazərbələr endirib. Ümumiyyətlə, iki ölkə arasında bu tip gərginlik vaxtaşırı baş verir. Etnik bəlucların yaşadığı Sistan və Bəlucistan gərginliyin əsas qaynar nöqtəsi hesab edilir. Tərəflər əvvələr də bənzər problemlərdən dolayı qarşı-qarşıya gəlsə də, regionda genişmiqyaslı müharibə baş verməyib".
 
Siyasi şərhçi ehtimal edir ki, hər iki ölkə bəluclara qarşı antiterror əməliyyatı keçirir:

"Pakistan və İran regionun iki güclü ölkəsidir. İstər hərbi, istərsə də siyasi baxımdan regionda balans yaradan güclərdəndir. Hər iki ölkəni dəstəkləyən və zəifləməsində maraqlı olan güclər var. Lakin buna baxmayaraq, regionda Pakistan-İran müharibəsi bu tezlikdə baş verməyəcək. Məsələ üzdə İran-Pakistan gərginliyi kimi görünsə də, əslində, hər iki ölkə pərdəarxasında bəluclara qarşı antiterror əməliyyatı keçirir. Bunu hər iki ölkənin XİN başçılarının bəyanatları da təsdiq edir. Misal üçün Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur ki, "Pakistan İran İslam Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət edir. Bənzər açıqlamanı İran tərəfi də verib. Bəlucların müstəqillik arzusu hər iki ölkə üçün uzun illərdir başağrısına çevrilib. Buna görə də tərəflər ayrı-ayrılıqda bir-birinin ərazisində əməliyyatlar keçirərək, əslində, bir-birinə fayda verir".
 
Mikayıl Mirzəzadə
 
Yazı Medianın İnkişafı Agentliyinin "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlara əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda dərc edilib.
 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb