Pakistan rəsmiləri: İran ABŞ-nin 15 maddəlik atəşkəs təklifini alıb

Pakistan rəsmiləri: İran ABŞ-nin 15 maddəlik atəşkəs təklifini alıb
DÜNYA
14:07 25.03.2026
259
İran ABŞ-ın müharibəni dayandırmaq üçün 15 maddədən ibarət təklifini alıb.

Bu barədə "The Associated Press” iki Pakistan rəsmisinə istinadən məlumat yayıb.

Rəsmilər təklifi ümumilikdə sanksiyaların yumşaldılması, mülki nüvə əməkdaşlığı, İranın nüvə proqramından geri çəkilməsi, Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti, raket istehsalı üzrə məhdudiyyətləri və Hörmüz boğazı vasitəsilə gəmilərin hərəkət rejimi kimi mövzuları əhatə edən bir paket kimi təsvir edirlər.

Qeyd edək ki, hazırda Pakistan ABŞ və İran arasında vasitəçilik edir və rəsmilərin sözlərinə görə, atəşkəs danışıqları bu həftə İslamabadda keçirilə bilər.
OXŞAR XƏBƏRLƏR