Pakistan Talibanı hücum əmri verib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Pakistan Talibanı (Tehrik-i-Taliban Pakistan) mayın 10-dan bəri davam edən atəşkəsə son qoyduğu və silahlılarına təhlükəsizlik qüvvələrinə hücum əmri verdiyi bildirilib.
TTP ordunun xüsusilə şimal-qərb bölgəsində əməliyyatlarının davam etdiyini əsas gətirərək mayın 10-da başlayan atəşkəsə son verib.
Hökumət hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Qeyd edək ki, TTP 2007-ci ildə 13 təşkilatın birləşməsi nəticəsində yaranıb və o vaxtdan Pakistanda mülki şəxsləri və əsgərləri hədəf alan hücumlar həyata keçirib.
Pakistanın terror təşkilatı TTP-yə qarşı keçirdiyi hərbi əməliyyatlarda 2014-cü ildən bu yana 5 mindən çox təşkilat üzvü öldürülüb, 700-dən çox əsgər isə həyatını itirib.
Ayşən