Pakistan və Əfqanıstan hazırkı atəşkəs rejiminin Dohada planlaşdırılan danışıqlar başa çatana qədər uzadılması barədə razılığa gəliblər.
Məlumata görə, Pakistan nümayəndə heyəti artıq Dohadadır, Əfqanıstan nümayəndələrinin isə şənbə günü, oktyabrın 18-də Qətərin paytaxtına gələcəyi gözlənilir.
Xatırladaq ki, Əfqanıstan və Pakistan münaqişənin dialoq yolu ilə həlli üçün oktyabrın 15-də 48 saatlıq atəşkəs haqqında razılığa gəliblər.
/Oxu.az