Pakistanın Bəlucistan əyalətində törədilən terror aktı nəticəsində biri siyasətçi olmaqla 7 nəfər həlak olub.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Bəlucistanın Keç bölgəsində yol kənarına yerləşdirilmiş uzaqdan idarə olunan bomba mülki avtomobil keçərkən partlayıb.
Bombalı hücumda aralarında Bəlucistan Xalq Partiyasından (BAP) İshaq Yakub da daxil olmaqla 7 nəfər həyatını itirib. Hücuma görə məsuliyyəti heç kim üzərinə götürməyib.
Pakistan Münaqişə və Təhlükəsizlik Araşdırmaları İnstitutunun məlumatına görə, bu ilin ilk 6 ayında terror hücumları 2022-ci illə müqayisədə 79% artıb.
Ayşən