Hindistanın dəstəklədiyi "Fitnə əl Hindustan” qruplaşması ilə əlaqəsi olan 7 silahlı Bəlucistan əyalətinin cənub-qərbində keçirilən iki əməliyyatda zərərsizləşdirilib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Əməliyyatlarla bağlı Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr Departamentinin (ISPR) saytında açıqlama verilib.
Əməliyyatların Bəlucistan əyalətinin iki fərqli bölgəsində həyata keçirildiyi qeyd edilən açıqlamada Hindistanın dəstəklədiyi bildirilən "Fitnə əl Hindustan" qruplaşmasına bağlı 7 silahlının zərərsizləşdirildiyi açıqlanıb.
Açıqlamada əməliyyatlar çərçivəsində sursat və partlayıcı maddələrin də ələ keçirildiyi bildirilib.
Oksana