Pakistanda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, sərnişin avtobusu yarğana aşıb. Hadisə zamanı 13 nəfər ölüb, 20 nəfər isə yaralanıb.
Qəza Bəlucistan əyalətinin Hab dairəsində baş verib.
Həmin vaxt avtobusda zəvvarlar olub.
Onlar Tatta şəhərindən (Sind əyaləti) müsəlman sufilərin ziyarətgahına - Şah Nurani məbədinə (Bəlucistan əyaləti, Xuzdar rayonu) gedirmişlər.
Qəzaya səbəb kimi sürücünün yolda idarəetməni itirməsi göstərilib.
Hadisə yerinə polis və təcili yardım maşınları cəlb edilib. Yaralılar yaxınlıqdakı xəstəxanalarla yerləşdiriliblər. Qəza ilə bağlı araşdırmalara başlanılıb.