Pakistanda avtobus dərəyə aşıb, 19 nəfər ölüb

Pakistanda avtobus dərəyə aşıb, 19 nəfər ölüb
DÜNYA
18:31 03.07.2022
345
Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində sərnişin avtobusunun dərəyə aşması nəticəsində azı 19 nəfər ölüb, 12 nəfər yaralanıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə "Sinxua" xəbər agentliyi məlumat yayıb.

Hadisəyə səbəb yağış zamanı sürücünün idarəetməni itirməsi olub.

Yaralılar yerli xəstəxanalara çatdırılıb, bəzilərinin vəziyyəti ağırdır.

Bəlucistan əyalətinin paytaxtı Kvettadan İslamabada gedən avtobusda 30 sərnişin olub.
OXŞAR XƏBƏRLƏR