Pakistanda avtobusa atəş açılıb, sürücü ölüb, 28 nəfər yaralanıb

Pakistanda avtobusa atəş açılıb, sürücü ölüb, 28 nəfər yaralanıb
DÜNYA
19:17 05.06.2021
576
Pakistanın Pəncab əyalətində naməlum şəxslərin sərnişin avtobusuna atəş açması nəticəsində sürücü ölüb, 28 nəfər yaralanıb.

Məlumatı "RİA Novosti” yayıb.

Bildirilib ki, hadisə avtobusun fəhlə qadınları fabrikə daşıdığı zaman baş verib. Hadisə nəticəsində avtobus dərəyə yuvarlanıb və sürücü ölüb.

Yaralananlar Həsən-Abdal şəhərindəki hospitala yerləşdirilib. Həkimlər xəsarət alanlardan 5-nin vəziyyətinin ağır olduğunu bildiriblər.
 
 ///Report
OXŞAR XƏBƏRLƏR