Pakistanda Azərbaycan Ticarət Evi açılacaq

Pakistanda Azərbaycan Ticarət Evi açılacaq
SİYASƏT
12:54 07.07.2021
588
"Azərbaycanla Pakistan arasında həm siyasi, həm də iqtisadi əlaqələr mövcuddur. Yeni yaradılan Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (PAKAZCHAM) bu əlaqələrin inkişafında rolu böyük olacaq”.

Bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev deyib.

O, tezliklə Pakistanda Azərbaycan Ticarət Evinin açılması üçün müzakirələrin aparıldığını da qeyd edib. Nazir müavini həmçinin ötən il iki ölkə arasında imzalanmış ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı sazişdən danışıb, pakistanlı sahibkarları Azərbaycana investisiya qoymağa dəvət edib.

"PAKAZCHAM-ın bu prosesə töhfə verəcəyinə inanırıq”, - o bildirib.
 
///Report
OXŞAR XƏBƏRLƏR