Pakistanda bazarda partlayış baş verib, ölənlər və yaralılar var

Pakistanda bazarda partlayış baş verib, ölənlər və yaralılar var
DÜNYA
12:30 26.02.2023
155
Pakistanın Bəlucistan əyalətində yerləşən bazarda baş verən partlayış nəticəsində azı 4 nəfər ölüb, 10 nəfər yaralanıb.

Bu barədə polisə istinadən "Dawn” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, motosikletə yerləşdirilmiş əldəqayırma partlayıcı işə düşüb.

Hələlik bölgədə fəaliyyət göstərən silahlı qrupların heç biri partlayışa görə məsuliyyəti üzərinə götürməyib.
OXŞAR XƏBƏRLƏR