Pakistanda canlı yayımda senatorla vəkil əlbəyaxa dava edib

Pakistanda canlı yayımda senatorla vəkil əlbəyaxa dava edib
DÜNYA
12:44 29.09.2023
235
Pakistan Ədalət Hərəkatı Partiyasının (PTI) hüquqşünası Şer Afzal Marvat və Pakistan Müsəlman Liqası-Nəvaz (PML-N) senatının üzvü Əfnan Ullah Xan canlı yayım zamanı qarşıdurmalara yaşanıb. 

AZXEBER.COM xəbər verir ki, "Express News” televiziya kanalında canlı yayımda iştirak edən Pakistan Ədalət Hərəkatı Partiyasından (PTI) hüquqşünası Şer Afzal Marvat və Pakistan Müsəlman Liqasının senat üzvü Əfnan Ullah Xan arasında gərginlik yaşanıb.

Canlı yayımda bir-birinə sərt açıqlamalar verən ikili arasında gərginlikdən sonra Marvat qəfil ayağa qalxaraq Xanın üzərinə hücum çəkib. 

Onlar studiyadakı işçilər tərəfindən çətinliklə bir-birindən ayrılıb. 

Marvat davadan sonra verdiyi açıqlamada Pakistanın keçmiş baş naziri İmran Xanı təhqir etdiyi və onu yəhudi agenti adlandırdığı üçün Xana sillə vurduğunu bildirib.

Ayşən
OXŞAR XƏBƏRLƏR