Pakistanda daşqın - 8 ölü

Pakistanda daşqın - 8 ölü
DÜNYA
18:06 13.08.2022
246
Pakistanda leysan yağışları daşqınlara səbəb olub.

AZXEEBR.COM xəbər verir ki, ölkənin Bəlucistan əyalətində daşqınlar nəticəsində 8 nəfər ölüb.

Səlahiyyətlilər Bəlucistan əyalətinin Ketta şəhərində leysan yağışların davam edəcəyini açıqlayıb.

Pakistanın Hayber-Paxtunxva əyaləti ilə Gilgit Baltistan bölgəsi arasında daşqın səbəbindən nəqliyyatın dayandığı bildirilib.

Sind əyalətinin Kəraçi şəhərində avtomobillər su basan yollarda çətin anlar yaşayıb.
OXŞAR XƏBƏRLƏR