Pakistanda daşqınlarda ölənlərin sayı artdı

Pakistanda daşqınlarda ölənlərin sayı artdı
DÜNYA
13:42 15.07.2025
226
İyunun son həftəsindən Pakistana təsir edən musson yağışlarının yaratdığı daşqınlarda ölənlərin sayı 111 nəfərə çatıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Pakistanın Milli Fəlakətlərin İdarə Edilməsi İdarəsi (NDMA) musson yağışlarının Xayber Paxtunxva, Şərqi Pəncab, Sind və Bəlucistan əyalətlərinə təsirini davam etdirdiyini açıqlayıb.

Açıqlamada, son 48 saatda yağan yağışların səbəb olduğu daşqınlarda 7 nəfərin öldüyü, 12 nəfərin yaralandığı, bununla da 26 iyun-14 iyul tarixləri arasında ölənlərin sayının 111-ə, yaralıların sayının isə 212-yə çatdığı vurğulanıb.

Açıqlamada yağışların ölkə ərazisində intensivləşə biləcəyi xəbərdarlığı edilib və yerli hakimiyyət orqanlarına ayıq-sayıq olmaları barədə xəbərdarlıq edilib.

Qeyd edək ki, hər il iyul-sentyabr ayları arasında Pakistanın bir çox şəhərlərinə təsir edən musson yağışları ölkə daxilində yüzlərlə insanın ölümünə və maddi itkilərə səbəb olur.
 
Gülay
OXŞAR XƏBƏRLƏR