Pakistanda fabrikdə partlayış: 7 nəfər öldü

Pakistanda fabrikdə partlayış: 7 nəfər öldü
DÜNYA
23:44 15.11.2025
113
Pakistanda fişəng istehsalı ilə məşğul olan müəssisədə baş verən partlayış nəticəsində azı yeddi nəfər ölüb, daha 7 nəfər yaralanıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Samaa TV telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə yerinə cəlb edilən yanğınsöndürənlər alovu lokallaşdırmağa nail olublar.

Yaralıların vəziyyətinin ağır olduğu bildirilir və onlar xəstəxanaya yerləşdirilib. Fabrikin binasına ciddi ziyan dəyib.

Yerlı hakimiyyət nümayəndələrinin sözlərinə görə, partlayış çayın kənarındakı əkin sahələrinin arasında gizli şəkildə fəaliyyət göstərən qeyri-leqal müəssisədə baş verib. Hadisənin səbəbləri araşdırılır.
OXŞAR XƏBƏRLƏR