Pakistanın müxtəlif bölgələrində baş verən güclü toz fırtınası insan tələfatına və ciddi dağıntılara səbəb olub.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Sind əyalətinin Gorax Təpəsi bölgəsində daxmaların damları uçub, əraziyə quraşdırılmış günəş panellərinə böyük ziyan dəyib. Rayon rəhbərliyinin məlumatına görə, fırtına zamanı ağacların, divarların və günəş panellərinin aşması nəticəsində 4 nəfər həlak olub, 60 nəfər isə yaralanaraq xəstəxanalara yerləşdirilib.
Pəncab əyalətinin Racanpur rayonunda da güclü külək və toz fırtınası həyatı iflic edib. Ağaclar kökündən qopub, reklam lövhələri uçub, elektrik xətləri sıradan çıxıb. Elektrik şəbəkəsinin çökməsi nəticəsində bir çox yaşayış məntəqəsi işıqsız qalıb. Yüksək gərginlikli elektrik xətlərinin avtomobil yoluna düşməsi səbəbindən M-5 magistral yolu müvəqqəti bağlanıb.
Fırtınanın təsir etdiyi ərazilərdə xilasedicilər və aidiyyəti qurumlar tərəfindən yardım və bərpa işləri davam etdirilir.
Şahanə











































