Pakistanda eyni vaxtda iki silahlı hücum olub.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki,Bəlucistan əyalətinin Kalat rayonunda naməlum silahlı şəxslərin hücumu nəticəsində 4 nəfər həlak olub.
Qeyd edilir ki, Nuşki şəhərində patrul avtomobilinin atəşə tutulması nəticəsində 4 polis əməkdaşı həyatını itirib.
Pakistan Prezidenti Asif Əli Zərdari insan tələfatından dərindən kədərləndiyini bildirib və silahsız insanları hədəfə alan terrorçulara qarşı təsirli tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.