Pakistanın Xeyber-Paxtunxva əyalətində yağan güclü yağış Bajaur və Şanqla bölgələrində evlərin uçmasına səbəb olub, 5-i uşaq olmaqla 10 nəfər həyatını itirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, son iki gündə Xeyber-Paxtunxva əyalətində güclü yağış və dolu mənfi təsir göstərib. Bacaur rayonunda 3-ü uşaq olmaqla 5 nəfər yağışlar nəticəsində uçan evin altında qalaraq ölüb.
Eyni şəkildə Şanqla rayonunda da evin damının uçması nəticəsində 2 uşaq ölüb, 1 uşaq isə yaralanıb.
Pəncab Fövqəladə Xidmətinin sözçüsü Rəsul Xan Şanqlanın Banda Çin bölgəsində iki uşağın sel suları altında itdiyini bildirib.
Bu faciəvi hadisələr rayon həyatına mənfi təsir göstərib. Milli Avtomobil Yolları Administrasiyasının direktor müavini Qulam Abbas qeyd edib ki, əyalətdə nəqliyyata da təsir göstərən güclü yağışlar səbəbindən Xeyber-Paxtunxvanın Kohistan bölgəsi ilə Gilgit-Baltistan bölgəsindəki Diamer arasındakı bir çox nöqtədə Karakoram şossesi nəqliyyatının hərəkəti dayandırılıb.
Pakistanın Peşəvər, Nouşera və Bannu şəhərlərində, Şanqla və Bacaur bölgələrində güclü yağış və külək nəticəsində bir çox evlərə qismən ziyan dəyib.
Ayşən