Pakistanda mədrəsə şagirdlərinin olduğu qayıq çevrilib, 11 uşaq ölüb

Pakistanda mədrəsə şagirdlərinin olduğu qayıq çevrilib, 11 uşaq ölüb
DÜNYA
19:37 29.01.2023
279
Pakistanda mədrəsə şagirdlərinin olduğu qayıq çevrilib, 11 uşaq ölüb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə Xayber-Paxtunxva əyalətinin Kohat rayonunda qeydə alınıb.

Daha 8 nəfər itkin düşüb. Polis dalğıclar tərəfindən xilas edilən 6 uşağın vəziyyətinin ağır olduğunu bildirib.

Axtarış-xilasetmə işləri davam edir.
OXŞAR XƏBƏRLƏR