Pakistanın Karaçi şəhərində üçmərtəbəli yaşayış binasında baş verən partlayış faciə ilə nəticələnib.
AZXEBER.COM xarix mətbuata istinadən xəbər verir ki, partlayış binanın birinci mərtəbəsində qeydə alınıb və nəticədə tikilinin bir hissəsi çöküb. Hadisə barədə Geo News telekanalı məlumat yayıb.
İlkin məlumatlara əsasən, 4-ü uşaq olmaqla 13 nəfər həyatını itirib, 14 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə yerinə dərhal axtarış-xilasetmə briqadaları cəlb olunub. Xilasedicilər dağıntılar altından bir neçə nəfəri sağ çıxarmağa nail olublar. Bununla belə, iki nəfərin hələ də dağıntılar altında qaldığı ehtimal edilir və axtarış-xilasetmə işləri davam etdirilir.
Partlayışın səbəbi hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.










































