Pakistanın Pişəvər şəhərində məsciddə baş vermiş partlayış nəticəsində 150 nəfər yaralanıb, 28 nəfər isə həlak olub.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, partlayışı kamikadze terroristin törətdiyi iddia olunur.
Təhlükəsizlik rəsmilərinin məlumatına görə, hücumçu məsciddə namaz zaman ön sırada olub və daha sonra bombanı işə salıb.
Qeyd edək ki, terrora görə məsuliyyəti heç kim üzərinə götürməyib.
Ayşən