Pakistanda mikroavtobus uçuruma yuvarlandı, azı 16 ölü

Pakistanda mikroavtobus uçuruma yuvarlandı, azı 16 ölü
DÜNYA
13:39 22.04.2025
146
Pakistanda mikroavtobus uçurumdan aşıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində azı 16 nəfər ölüb, 30 nəfər yaralanıb.
 
Hadisə nəticəsində 5-i uşaq olmaqla azı 16 nəfərin həyatını itirdiyi, 30 nəfərin yaralandığı bildirilib.

Yaralılar hadisə yerinə gələn sağlamlıq qrupları tərəfindən xəstəxanaya aparılıb. Hadisə yeri mühasirəyə alınıb.
 
Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu üçün ölənlərin sayının arta biləcəyi öyrənilib.

Sürət həddini aşan sürücünün idarəetməni itirməsi nəticəsində baş verən qəza ilə bağlı ətraflı araşdırma başlanılıb.
 
Oksana
OXŞAR XƏBƏRLƏR