Pakistanda Novruz bayramı ilə əlaqədar tədbir keçirildi

Pakistanda Novruz bayramı ilə əlaqədar tədbir keçirildi
DÜNYA
10:40 22.03.2012
2222

Azərbaycanın Pakistandakı səfirliyində Novruz bayramı ilə əlaqədar təntənəli tədbir keçirilib.

Səfirlikdən cümə axşamı Trend-ə verilən məlumata görə, tədbirdə Pakistan Senatının yeni seçilmiş sədr müavini Sabir Əli Bəluc, hakim Pakistan Xalq Partiyasının baş katibi, senator Cahangir Bader, Pakistanın tanınmış ictimai-siyasi xadimləri, türkdilli ölkələrin Pakistandakı səfirləri, Pakistanın tanınmış dövlət və hökumət xadimləri, alimlər və iş adamları iştirak ediblər.

Tədbirdə Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov bolluq, bərəkət və xeyirxahlıq rəmzi olan Novruz bayramının ölkəmizdə yüksək səviyyədə qeyd olunduğunu bildirib. Səfir Novruz bayramının Azərbaycanın təşəbbüsü ilə YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salındığını qonaqların diqqətinə çatdırıb.

Daha sonra səfir Azərbaycan-Pakistan münasibətlərindən söz açıb, Pakistanın Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiyinin, həmçinin Pakistanın qanunverici orqanı tərəfindən Xocalı soyqırımını tanıyan qətnamənin qəbul edilməsinin Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirildiyini qeyd edərək Pakistan dövlətinə və xalqına dərin minnətdarlığını bildirib.

Şikarov Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tərəfindən Pakistanda indiyə qədər həyata keçirilmiş və həyata keçirilməsi nəzərdə tutulan humanitar layihələr barədə geniş məlumat verib.

Tədbir iştirakçıları adından çıxış edən Pakistan Senatının sədr müavini Sabir Əli Bəluc Azərbaycan Prezidenti İlham Əliyevi, Pakistana diqqət və qayğısını əsirgəməyən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı və bütün Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib, onlara səadət və firavanlıq arzulayıb.

Bəluc Pakistanın daim Azərbaycanın yanında olduğunu vurğulayıb, Senatın nümayəndə heyətinin 2012-ci ilin 28 fevral-2 mart tarixlərində Bakıya səfəri zamanı keçirdiyi çoxsaylı görüşlərin, Azərbaycanın birinci xanimi Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda həyata keçirilmiş və keçirilməsi nəzərdə tutulan humanitar layihələrin iki ölkə arasında münasibətlərin daha da güclənməsinə xidmət edəcəyini bildirib.

Tədbirin sonunda qonaqlar səfirlik tərəfindən təşkil olunmuş ziyafətdə milli mətbəximizin nümunələrinin və süfrəni bəzəyən bayram nemətlərinin dadına baxıblar.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişdi
13:36 22.10.2026
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişdi
Paşinyan: Azərbaycanın Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı müəyyən qeydləri var
13:26 22.10.2026
Paşinyan: Azərbaycanın Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı müəyyən qeydləri var
Paşinyan TRIPP-in icrasının praktiki mərhələyə qədəm qoyduğunu bildirib
13:24 22.10.2026
Paşinyan TRIPP-in icrasının praktiki mərhələyə qədəm qoyduğunu bildirib
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - “Payız fürsəti”
13:22 22.10.2026
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - “Payız fürsəti”
Dünyanın ən qəribə 5 peşəsi: Başqalarının əvəzinə yas tutur, növbədə gözləyirlər
13:05 22.10.2026
Dünyanın ən qəribə 5 peşəsi: Başqalarının əvəzinə yas tutur, növbədə gözləyirlər
Səhiyyədə ən çox nədən narazısınız? – VİDEOSORĞU
13:00 22.10.2026
Səhiyyədə ən çox nədən narazısınız? – VİDEOSORĞU
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
12:51 22.10.2026
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Mirzoyan: Azərbaycanla sülhün tezliklə imzalanması Ermənistan hökumətinin öhdəliyidir
12:50 22.10.2026
Mirzoyan: Azərbaycanla sülhün tezliklə imzalanması Ermənistan hökumətinin öhdəliyidir
İcra başçısı təyin edilən Orxan Məmmədov kimdir? - DOSYE
12:28 22.10.2026
İcra başçısı təyin edilən Orxan Məmmədov kimdir? - DOSYE
Prezident Yardımlıya icra başçısı təyin etdi
12:21 22.10.2026
Prezident Yardımlıya icra başçısı təyin etdi
Vəzifəsindən azad edilən Elçin Yusubov kimdir? - DOSYE
12:18 22.10.2026
Vəzifəsindən azad edilən Elçin Yusubov kimdir? - DOSYE
Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi
12:17 22.10.2026
Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi
Qızını qorumaq üçün kürəkənini öldürmüşdü - Azadlığa buraxıldı
12:15 22.10.2026
Qızını qorumaq üçün kürəkənini öldürmüşdü - Azadlığa buraxıldı
Paşinyan: Azərbaycanla sülh sazişinin 2031, hətta 2029-cu ilə qədər təxirə salınması planımızda yoxdur
12:08 22.10.2026
Paşinyan: Azərbaycanla sülh sazişinin 2031, hətta 2029-cu ilə qədər təxirə salınması planımızda yoxdur
Milli Məclis: Fransada baş verənlər hökumətin siyasi iflasının göstəricisidir
12:00 22.10.2026
Milli Məclis: Fransada baş verənlər hökumətin siyasi iflasının göstəricisidir
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti!
11:52 22.10.2026
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti!