Pakistanda partlayış nəticəsində 1 nəfər ölüb, 20 nəfər yaralanıb

Pakistanda partlayış nəticəsində 1 nəfər ölüb, 20 nəfər yaralanıb
DÜNYA
19:47 02.05.2024
184
Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində törədilən iki partlayış nəticəsində bir nəfər ölüb, 20 nəfər yaralanıb.

İlk partlayış kömür yüklü yük maşınının minaya düşməsi, ikinci partlayış isə insanların hadisə yerinə toplaşdığı zaman baş verib.

Qeyd edək ki, yaralıların hamısı yaxınlıqdakı xəstəxanaya çatdırılıb, onlardan bir neçəsinin vəziyyəti ağırdır.
OXŞAR XƏBƏRLƏR