Pakistanda partlayışda 5 polis həlak olub, 10 nəfər yaralanıb

Pakistanda partlayışda 5 polis həlak olub, 10 nəfər yaralanıb
DÜNYA
19:31 12.01.2026
294
Pakistanın şimal-qərbində baş verən partlayış nəticəsində 5 polis əməkdaşı həlak olub, 10 nəfər yaralanıb.

Bomba uzaqdan idarə olunub.

Qeyd edilib ki, bomba Xayber-Paxtunxva əyalətinin Tank rayonunda, Qomal Bazar yolu ərazisində zirehli polis maşınının yaxınlığında partladılıb.

Pakistanın daxili işlər naziri Möhsin Nəqvi hücumu qətiyyətlə pisləyib. O bildirib ki, Terrorla Mübarizə Departamenti əyalətin Peşəvər, Bannu və Xayber rayonlarında bir sıra terror planlarının qarşısını alıb.
 
///apa
OXŞAR XƏBƏRLƏR