Pakistanda polisə silahlı hücum: Beş əməkdaş yaralanıb

Pakistanda polisə silahlı hücum: Beş əməkdaş yaralanıb
DÜNYA
16:48 29.08.2026
142
Pakistanın Hayber-Paxtunxva əyalətində Kalaçi polis rəisinin müavini Kifayətullah Marvatın avtomobilinə silahlı hücum edilib. Hadisə Dera-İsmayıl-Xan dairəsindəki Dera-Tank avtomobil yolunda qeydə alınıb.

"Samaa" nəşri xəbər verir ki, naməlum şəxslərin xidməti maşını atəşə tutması nəticəsində nəqliyyat vasitəsi zədələnərək aşıb.

Qurulan pusqu nəticəsində sözügedən yüksəkrütbəli zabit və bir qadın polis də daxil olmaqla, ümumilikdə 5 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.

Yaralılar dərhal yerli dairə xəstəxanasına çatdırılıblar. Hazırda təhlükəsizlik qüvvələri tərəfindən cinayətkarların tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

///oxu.az///
OXŞAR XƏBƏRLƏR