Pakistanın cənub-şərqində qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb. Məlumata görə, azı 80 nəfər xəsarət alıb.
Xatırladaq ki, Sind əyalətində, Nəvabşah şəhəri yaxınlığında 10 qatar vaqonu relsdən çıxıb. Rayonun tibb müəssisələrində fövqəladə vəziyyət elan edilib. Bu marşrut üzrə qatarların hərəkəti dayandırılıb. Qatarın qəzaya uğramasının səbəbi hələlik məlum deyil.
Yerli hakimiyyət nümayəndələri bütün zərərçəkənlərə lazımi köməklik göstərildikdən sonra hadisənin baş vermə şəraitinin hərtərəfli araşdırılacağını bildiriblər. Öz növbəsində, Pakistanın Mülki Aviasiya və Dəmir Yolları naziri Xavaca Saad Rafik faciənin mümkün səbəbləri arasında düşünülmüş qəsd və mexaniki nasazlıq hallarını sadalayıb.