Pakistanın Xayber Paxtunxva əyalətindəki qızlar məktəbinə bombalı hücumun həyata keçirilib.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, naməlum şəxslərin həyata keçirdiyi bombalı hücumda xəsarət alan olmadığı açıqlanıb.
Bu ay ikinci dəfə eyni məktəbə bomba atıldığını bildirən polis əməkdaşları son hücumun məsuliyyətini heç kimin üzərinə götürmədiyini qeyd ediblər.
Qeyd edək ki, hücumu qadınların təhsil almasına qarşı çıxan və daha əvvəl bölgədəki qız məktəblərinə hücum edən Pakistan Talibanı (TTP) tərəfindən həyata keçirildiyi iddia edilir.
Mikayıl