Pakistanda sərnişin qatarı relsdən çıxıb: ölən və yaralananlar var

Pakistanda sərnişin qatarı relsdən çıxıb: ölən və yaralananlar var
DÜNYA
09:46 13.10.2026
123
Pakistanın Pəncab əyalətinin Multan şəhərində sərnişin qatarının relsdən çıxması nəticəsində ən azı beş nəfər ölüb, 30 nəfər yaralanıb.

Geo TV-nin məlumatına görə, Kəraçidən Peşəvərə gedən qatarın bütün 14 vaqonu relsdən çıxıb.

Hadisə yerli vaxtla səhər saat 5:15 radələrində (Bakı vaxtı ilə səhər saat 4:15) Şer Şah körpüsünün yaxınlığında baş verib.

Yaralılar Multandakı xəstəxanaya çatdırılıb.

Xilasetmə işləri davam etdirilir.

Qəzanın səbəbi hələlik müəyyən edilməyib.
 
///apa.az///

OXŞAR XƏBƏRLƏR