Pakistanda yağan musson yağışlarında ölənlərin sayı artıb.
AZXEBER.CVOM xarici məbuata istinadən xəbər verir ki, iyunun 26-dan bəri Pakistanda güclü musson yağışları 302 nəfərin həyatına son qoyub, 727 nəfər yaralanıb.
Pakistanın Milli Fəlakət İdarəsi bazar ertəsi günü ölkənin müxtəlif bölgələrinə təsir edən güclü musson yağışları nəticəsində son 24 saatda 2 nəfərin öldüyünü və 12 nəfərin yaralandığını açıqlayıb.
Şərqi Pəncab əyaləti 163 nəfərin ölümü və 579 nəfərin yaralanması ilə ən çox zərər çəkib, şimal-qərbdəki Hayber Paxtunxva əyaləti isə 71 ölü və 86 yaralanıb.
Səlahiyyətlilər avqustun 5-dən 10-a kimi ölkənin şimal və mərkəzi hissələrində güclü musson yağışlarının gözlənildiyi barədə xəbərdarlıq edərək, əyalət hökumətlərini yağışlar davam edərkən yardım əməliyyatları keçirməyə və risk altında olan əraziləri yaxından izləməyə çağırıb.
Gülay