Pakistanın şərqində silahlı şəxslər iki şiə məscidinə hücum edərək imam və iki dindarı qətlə yetiriblər.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə hadisə şahidləri və polis məlumat verib.Hücum müsəlmanlar üçün müqəddəs sayılan və adam öldürməyin haram olduğu Məhərrəm ayında edilib. Polisin məlumatına görə, silahlılar sübh namazı vaxtı Qucranvala şəhər məscidinə daxil olaraq namaz qılanlara atəş açmağa başlayıblar. Məscidin imamı yerindəcə keçinib. Silahlılar isə motosiklet ilə hadisə yerindən qaçıblar.Silahlılar şəhərin digər məscidində də səhər namazı zamanı şiə-müsəlmanlara atəş açmağa başlayıblar. İki nəfər qətlə yetirilib. Hücumlara görə məsuliyyəti heç bir qrup öz üzərinə götürməyib.