Pakistanda silahlı hücum nəticəsində 28 nəfər öldürülüb

Pakistanda silahlı hücum nəticəsində 28 nəfər öldürülüb
DÜNYA
19:20 16.07.2024
159
Pakistanın şimal-qərbində hərbi baza və sağlamlıq mərkəzinə iki ayrı silahlı hücum təşkil edilib.

Hadisə nəticəsində 10-u hərbçi olmaqla, 28 nəfər həlak olub.

Pakistan ordusunun insidentlə bağlı yaydığı açıqlamada həlak olanlar arasında tibb bacıları və uşaqların da olduğu bildirilib.

Hər iki hücumun ölkənin Əfqanıstanla sərhədinin şimal-qərb hissəsində qərarlaşan silahlı radikal dini qrupların yenidən fəallaşmaları ilə eyni vaxta təsadüf etdiyi qeyd olunub.
 
///Report
OXŞAR XƏBƏRLƏR