Pakistanda terror aktı: 7 nəfər ölüb

Pakistanda terror aktı: 7 nəfər ölüb
13:41 02.04.2013
826

Pakistanda 50-ə yaxın terrorçu ölkənin şimal-qərbində yerləşən elektrik stansiyasına hücum edib. 

AZXEBER.COM-un məlumatına görə, yaraqlılar 7 nəfəri qətlə yetiriblər. 5 nəfərin taleyi barədə məlumat yoxdur. Xəbəri Frans-Press agentliyi yayıb. Hücum nəticəsində stansiyadakı avadanlığın bir hissəsi məhv edilib. Bir neçə rayon işıqsız qalıb. Hadisə yerində araşdırma aparılır. Terror aktına görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

OXŞAR XƏBƏRLƏR