Sentyabrın 29-da Pakistanın Bəlucistan və Xeybər əyalətlərində həyata keçirilən terror aktlarında həyatını itirənlərin sayı 65-ə yüksəlib.
AZXEBER.COM xəbər verir ki, Pakistanın Bəlucistan əyalətinin Mastunq bölgəsində insanların Mövlud Kandili üçün toplaşdığı məscid yaxınlığında həyata keçirilən hücumda yaralanaraq xəstəxanaya yerləşdirilən daha 8 nəfər həyatını itirib.
Beləliklə, eyni gündə Bəlucistan və Xeybər əyalətlərində həyata keçirilən terror aktlarında ölənlərin sayı 65-ə yüksəlib.
Hücumlarda biri polis məmuru olmaqla 57 nəfər həyatını itirib, 140-dan çox adam yaralanıb.
Gülay