Pakistanda ticarət mərkəzində yanğında ölənlərin sayı 6 nəfərə çatıb

Pakistanda ticarət mərkəzində yanğında ölənlərin sayı 6 nəfərə çatıb
DÜNYA
13:52 18.01.2026
516
Pakistanın Karaçi şəhərində "Gul Plaza” ticarət mərkəzində yanğın davam edir, ölənlərin sayı 6 nəfərə çatıb.

Bu barədə "Geo.tv” məlumat yayıb.

Sahəsi bir futbol meydançasına bərabər olan, 1200 mağazanın yerləşdiyi ticarət mərkəzində hələ də qalanların olduğu, bu səbəbdən ölənlərin sayının artacağı gözlənilir.

Dünən gecə yerli vaxtla saat 22.15-də başlayan yanğın 15 saat keçməsinə baxmayaraq, hələ də tam söndürülməyib.
OXŞAR XƏBƏRLƏR