Pakistanda törədilən hücumlarda 10 polis əməkdaşı həlak olub

Pakistanda törədilən hücumlarda 10 polis əməkdaşı həlak olub
DÜNYA
13:48 31.01.2026
479
Pakistanın Bəlucistan vilayətində separatçıların hücumu nəticəsində 10 polis həlak olub.

Təhlükəsizlik qüvvələri tərəfindən görülən əks-tədbirlər nəticəsində 37 terrorçu zərərsizləşdirilib.

Hücumlar Bəlucistan vilayətinin 12 bölgəsində koordinasiyalı şəkildə həyata keçirilib.

Pakistanın təhlükəsizlik qüvvələri terrorçuların aşkarlanaraq zərərsizləşdirilməsi ilə bağlı tədbirləri davam etdirir.

"AFP”-yə verilən məlumata görə, hücumlar silahlı şəxslər və kamikadzelər tərəfindən həyata keçirilib.

Qeyd edək ki, Bəlucistan Azadlıq Ordusu adlı separatçı qruplaşma sözügedən vilayətdə mütəmadi olaraq terror hücumları həyata keçirir.
 
///apa
OXŞAR XƏBƏRLƏR